I yazı
Siyasi şərait – 1980-ci illər.
1980-ci illərdən başlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti yeni mərhələyə qədəm qoydu. Nəticədə, Azərbaycanın suveren hüquqları kobud şəkildə pozuldu. Ermənistanda yaşan azərbaycanlılar tarixi yurdlarından qovulmağa başladı. 1988-ci ilin fevralında İrəvan məscidi ermənilər tərəfindən dağıdıldı. Fevralın 28-də isə məlum Sumqayıt hadisələri törədildi. Xalq, baş verənlərə qarşı etiraz aksiyaları keçirdi. Həmin çıxışlara cavab olaraq, Mərkəzi hökumət, Ermənistan və Azərbaycanda birinci şəxsləri vəzifələrindən azad etdi.
1988-ci ilin mayında Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Əbdürrəhman Vəzirov gətirildi. Lakin milli münaqişəyə laqeyd yanaşan Vəzirov, Mərkəzin tələblərinə uyğun şəkildə hərəkət edərək, ikinci dərəcəli məslələri həll etməkdə idi.
Milli münaqişəyə olan biganəlik, Ermənistanda və DQMV-də azərbaycanlılara qarşı artan zorakılıq, xalq hərəkatının başlanmasına səbəb oldu.
1989-cu ildə Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiyanın qəbul edilməsi, Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsinin ləğv edilərək, Azərbaycan Təşkilat Komitəsinin yardılması, Naxçıvanda Sovet-İran sərhəddinin sökülməsi Moskvanı narahat etməkdə idi.
Beləliklə, Mərkəzi hökumət, Ermənistanı yenidən qızışdırmağa başladı. 1990-cı il, yanvarın 15-də Xanlar rayonun Quşçu kəndinə silahlı basqın edildi. Yanvarın 19-dan 20-nə keçən gecə 20 Yanvar faciəsi törədildi.
Basqınların qarşısını almaq üçün Milli Müdafiə Şurası yaradıldı. Tez bir zamanda özünümüdafiə dəstələri təşkil olundu. Lakin cəbhədə vuruşan könüllü dəstləri ilə yanaşı, ayrı-ayrı şəxslərə tabe olan “başıpozuq” cinayətkar dəstələri də vardı...
Müstəqillik və kriminogen vəziyyət.
Həmin cinayətkar qruplar, müharibədən götürdüyü silahlarla qənimət əldə etmək üçün ticarət obyektələrinə, idarə və müəssisələrə basqınlar edirdi.
Bu kriminal dəstələrdən birinə rəhbərlik edən “Yevlaxlı Alik” ayaması ilə tanınan, Əli Vəliyev olub. Qeyd etmək lazımdır ki, bu cinayəkar qrup, silahlı basqınlarla yanaşı, 14 nəfərin həyatına qəsd edib. Onlardan 8 nəfər dünyasını dəyişib.
Kriminal qüvvələrin növbəti fəaliyyəti müstəqilliyin ilk illərinə təsadüf edir. Bilindiyi kimi, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində ağır vəziyyətdə idi. Bir tərəfdən Ermənistanla mübarizə aparır, digər tərəfdən ölkə daxilindəki münaqişələri həll etməyə çalışırdı. Sürət Hüseynovun Gəncədə qiyamı, Əlikram Hümbətovun “Talış Muğan Respublikası”nı yaratma istəyi, daxili münaqişələri daha da şiddətləndirdi. Beləliklə, ölkənin düşdüyü çətin vəziyyətdən cinayətkar qüvvələr istifadə etməyə başladı. Lakin, onlar, fəaliyyətini artırsa da cəzasız qalmadı və Respublikanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilərək məsuliyyətə cəlb olundu.
Bu dövrdə Rusiya ilə Çeçenistan arasında baş verən məlum hadisələr nəticəsində çeçenlərin Azərbaycana axını oldu. Onların daha çox paytaxtda məskunlaşması kriminogen vəziyyətə təsir etməyə bilməzdi. Çeçenlərin arasında olan bəzi cinayətkarlar yerli kriminal qüvvələrlə əlaqəyə keçərək fəaliyyətə başladı. Qısa zamanda Bakı və ətraf şəhərlərə silahlı basqınlar edildi. Əməliyyat-axtarış tədbirləri keçirilsə də cinayətlərin üstü açılmadı.
Kriminal dəstələr bundan cəsarətlənib fəaliyyətlərini artıraraq adam oğurluğuna başladı. Onlar, qaçırdıqları şəxsin yaxınları ilə əlaqə saxlayır, külli miqdarda pul tələb edir, istənilən məbləğ verilməsə onu öldürəcəklərini bildirirdilər.
Hüquq-Mühafizə orqanları tərəfindən faktla bağlı cinayət işləri açılsa da bunun heç bir nəticəsi olmur, cinayəti törədənlər müəyyən edilə bilmirdi.
1994-cü ildən davam edən basqınlar, adam oğurluqları, qətllər cəmiyyətdə geniş rezonans doğurdu. 2005-ci ilin martında MTN, “Qara Kəmər” əməliyyatı keçirdi. Bu əməliyyat nəticəsində, kriminal dəstə başçısı və üzvləri zərərsizləşdirilərək istintaqa cəlb olundu.
Beləliklə, 10 ildən artıq davam edən, məchul silahlı basqınların, adam oğurluqları və çox saylı qətllərin üstü açılıdı.
Həmin kriminal dəstəyə kim rəhbərlik edirdi?
Hacı Məmmədov – kriminal dəstə başçısı?
Hacı Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 1977-ci ildən fəaliyyətə başlayıb. 1995-ci ildə vəzifəsi yüksəldilərək DİN-in apartında əvvəlcə Baş Cinayət Axtarış İdarəsində, əmlak cinayətlərinə qarşı mübarizə şöbəsində əməliyyat müvəkilli, sonra isə baş əməliyyat müvəkkili təyin olunub.
Hacı Məmmədov, yüksək vəzifəyə keçəndən sonra düşünür ki, yaxşı mövqedədir, hər istəyini qəbul edib, sözünə hörmətlə yanaşacaqlar. Onun məqsədi az kapital qoyaraq, yüksək gəlir əldə etmək idi. Beləliklə, kommersiya fəaliyyəti ilə məğul olmağı qərarlaşdırdı. Lakin bunun qarşısını alan tək məsələ qanunlar idi. Həmin qanunların tələbinə görə, bəzi kateqoriyadan olan işçilər, o cümlədən, hüquq-mühafizə orqanlarının əmkəkdaşları kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu qanunlar Hacını o qədər də narahat etmirdi. O bilirdi ki, lazımi insalarla əlaqəyə keçsə istədiyini əldə edə biləcək.
Beləliklə, Hacı, qanundan kənar hərəkət edərək fəaliyyətə başladı. Həmin dövrlərdə Bakıda kafe, restoran, şadlıq evi açmaq dəbdə idi və gəlir gətirən sahələrdən hesab olunurdu. İmkanlı şəxslər, o cümlədən, hüquq-mühafizə orqanlarının əməkdaşları vəsaitlərini, bu sahəyə investesiya edirdilər. Lakin, onların kommersiya fəaliyyəti illeqal olduğu üçün, sahib olduqları obyektlər özlərinin deyil, yaxın adamlarının adına sənədləşdirilirdi. Hacının da planı bu idi.
O, Qusar rayonunda “Qarabulaq” adlı yeməkxana, daha sonra qeyri-rəsmi arvadı Nailə Quliyevanın adına “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyət(MMC) təsis etdi və həmin ərazini genişləndirdi.
Oğlu Teymur Məmmədovun adına Qayakənd kəndində 5,200 kv.m torpaq sahəsi sənədləşdirdi. Orada istirahət, sağlamlıq və idman mərkəzi təsis etdi. Beləliklə Hacı, artıq 34 bağ təsərrüfat sahəsinə rəhbərlik edirdi.
Qısa zamanda “Qarabulaq” məşhurlaşdı və oraya insan axını başladı. Adi vətəndaşlarla yanaşı, elm və incəsənət xadimləri, tanınmış müğənnilər və əlbəttə işlədiyi nazirliyin vəzifəli şəxsləri istirahətə gəldi. Hacı, gələn qonaqları hörmətlə qarşıladı və lazımi şəxslərə xüsusi hədiyyələr bağışladı. Lakin, gələn qonaqlar onun əsl niyyətini hələ bilmirdi...
“Qarabulaq”da görüş – kriminal bandanın yaranması.
Hacının maddi vəziyyəti getdikcə artırdı, “Qarabulğ”ın qısa zamanda tanınması, ora axın edən böyük kütlə, Hacıya kifayət qədər gəlir gətirdi. Lakin bu ona bəs etmədi. Bu dəfəki niyyəti yeni kommeriya obyektləri açmaq deyildi. Çünki əlavə xərc tələb edən obyektlər həm baha başa gəlirdi, həm də əziyyətli idi. Odur ki, Hacı, əlavə sərmayə qoymadan asan yolla pul qazanmağın yollarını axtarırdı.
O, ölkənin imkanlı şəxslərini oğurlayıb, yaxınları ilə əlaqə saxlayaraq külli miqdarda pul tələb etmək fikrində idi. Lakin bu işləri tək görə bilməzdi. Bunun üçün, onun dediyənə sorğusuz-sualsız əməl edəcək insanlar lazım idi.
Həmin dövrdə Çeçenistanda baş verən məlum hadisələr nəticəsində Bakıya çoxlu sayda çeçen gəldi. Onların arasında cinayətə meyilli şəxslər də vardı. Belə ki, onlar, artıq 1993-1994-cü illərdə Bakıda bir sıra oğurluq və silahlı basqınlar etmişdi. Təsadüfi deyil ki, Hacı Məmmədovun yaradacağı kriminal bandanın ilk üzvləri də məhz çeçenlər oldu.
Onların arasında ən fəal olan Husain və Sidek Abdulvahabov qardaşları, Şirxan Albiyev, Aslanbek Çintamirov və qeyriləri Hacı Məmmədovla əlaqə saxlayırdı. Onların ilk görüşü əvvəlcə Hacının saray qəsəbəsindəki bağ evində oldu. Növbəti görüş yeri isə “Qarabulaq” istirahət mərkəzi idi. Çeçenlər “Qarabulağ”ın mötəbər qonaqları hesab olunur, onlara xüsusi diqqət göstərilirdi.
Həmin görüşlərdə Hacı, çeçenlərə adam oğurluğu ilə bağlı düşüncələrini eşitdirməyə başladı. Bu ideyalar onlar üçün heç də yad deyildi. Çeçenlər artıq, başa düşürdü ki, sahibkar-polis də onlardandır. Lakin onlar, başqa dövlətin vətəndaşı olduqalarına görə, həm də Hacı Məmmədov DİN-in əməkdaşı olduğuna görə tərəddüd edirdilər. Buna görə də fikirlərini açıq şəkildə ifadə edə bilmirdilər. Çeçenlər şübhələnirdi ki, Hacı Məmmədov bəlkə də onlardan söz almaq istəyir. Çünki həmin şəxslər Bakıya gələndən sonra Husain Abdulrahmanovun rəhbərliyi ilə cinayətkar dəstə yaratmışdılar.
Bu dəstə, 1994-cü il dekabrın 13-də Binəqədi rayon polis şöbəsinin əməkdaşı mayor Ədalət Əsədullayevin iştirakı ilə Mehdiabad qəsəbəsində yaşayan Binəli Allahyarovun evinə silahlı basqın etdi. Ev sahibinə ağır xəsarət yetirən cinayətkarlar, onun ailə üzvlərini də döyüb evdən xeyli miqdarda qızıl-zinət əşyaları ələ keçirdi. Binəli Allahyarov aldığı xəsarətlərdən dünyasını dəyişdi.
Bu və bir necə cinayət hadisələrinin üstündən xeyli keçsə də cinayətkarların heç biri tapılmadı.
İndi isə, çeçenlər düşünürdü ki, Hacı Məmmədov onlardan söz alıb, işlərinin üstünü açmaq istəyir. Lakin Hacının niyyəti isə yaradacağı kriminal bandanı çeçenlərlə birləşdirmək idi. Beləliklə vahid və güclü dəstə yaranacaqdı. Onlar, Hacının bu istəyini eşitdikdən sonra təklifini məmnuniyyətlə qəbul etdilər.
Beləliklə, Şirxan Albiyev, Husain və Sidek Abulvahabov qardaşları, Aslanbek Çintamirov, və digər çeçenlər Hacı Məmmədovun təklifindən sona fəaliyyətlərini daha da genişləndirdi. Artıq onların sabit cinayətkar təşkilatı yarandı. Texniki və təşkilati cəhətdən də güclənən kriminal banda, silah-sursatla, nəqliyyatla, rabitə ilə təmin edilir və onlar üçün gizli görüş verləri yaranırdı.
Lakin Hacı, cinayətkar birliyi yaratmaqla kifayətlənmədi. O, gələcəkdə nüfuzlu və rütbəli şəxsləri həmin dəstəyə cəlb etmək istəyirdi…
Ardı var...
Ağa Rza
Yorumlar
Yorum Gönder