Hələ birinci kurs idi, deyəsən mart ayındaydıq. Babamın kitabxanasındakı rəflərdən incə bir kitab tapdım. Təxminən 30-33 səhifəlik. Müəllifi yadımda deyil. Hər dəfə bu gün oxuyacam deyə-deyə artıq bir həftə keçmişdi. Sıxıldığım günlərin birində- bu çox vaxt bazara günü olurdu - kitabı tapıb vərəqləməyə başladım. Deyəsən gənc bir oğlan S. dalanından küçəyə çıxıb, K. körpüsünə sarı getməyə başlamışdı...sonrası yadımda deyil.
Amma kitabın bəzi hissələrini xatırlayıram, bu oğlan hələ işə yeni başlamışdı, mertodan çıxanda, sol tərəfdəki balaca butkadan siqaret alırdı, özü də hər dəfə üç dənə. Birini işə gedəndə, birini işdən çıxanda birini də metroya qayıdanda, elə həmin soldakı butkanın yanında çəkirdi.
Bir dəfə işə gedəndə adəti üzrə yenə həmin butkadan üç dənə siqaret aldı və çəkə-çəkə işə getdi. Zaman keçdi, iş bitənə yaxın ayağa qalxıb pənəcərəyə yaxınlaşdı, yoldan keçən insanlara baxıb, "Mən olmasam... mən olmasam vicdanınız necə rahat olacaq?" dedi. Nəyə görə belə dediyini az-çox bilirəm amma məsələni qəlizləşdirib uzatmayım, yadımda qalan digər hissələrdən danışım.
Sonra küçəyə çıxdı, yağış yağır, hava getdikcə soyuyurdu. Oğlan üşüyə-üşüyə siqaretini yandırdı və metroya doğru addımlamağa başladı, artıq metronun girişinə çatanda, soldakı butkanın qarşısında daynıb üçüncü siqaretini yandırdı. Bu zaman telefonuna zəng gəldi, telefondakı qız titrək səslə soruşdu:
- Hardasan?
- Metronun girişində
- Evə gecikmə
- Yaxşı
Dioloqlar tam yadımda qalmasa da həmin zəngdən sonra hər ikisinin xoşbəxt olduğunu bilirəm.
Hətta bu elə bir xoşbətlik idi ki, oğlana növbəti telefon zəngi anasından gələndə ilk dəfə "alo" yerinə, "haycan ana" ifadəsini işlətdi. Məsələ çox sadə idi, anası evə gələndə çörək almasını istəyirdi və zəngdə eyni sözü bu dəfə anasından eşidəndə gülümsədi:
- Evə gecikmə
Stalinski
Yorumlar
Yorum Gönder