Təqlid etmək. Kimi? Niyə?
Sadədən başlayıb məsələni mürəkkəbləşdirək? Halbuki daha önəmli işlərimiz var axı elə deyil? ...
Sosial-psixologiyada təqlidin iki növündən bəhs olunur. Təqlidin birinci növü zahiri əlamətlərlə məhdudlaşır. Yəni təqlidçi, təqlid etdiyi şəxsin zahiri xüsusiyətlərini - geyimini, jestlərini, saç düzümünü və s. təqlid edir. Bu qorxulu deyil, lakin gözünüzün önündə sizi təqlid edirlərsə və bunu anlayırsınızsa qorxa bilərsiz. Qısacası, hər şey anlayana qədərdir.
Təqlidin bu növünü demək olar, hamımız hər gün edirik. Kiminsə geymini bəyənirik, səhərsi gün həmin paltardan gedib alırıq və ya kiminsə istifadə etdiyi sözü bəyənirik və artıq o sözdən biz də istifadə edirik. Təqlidin bu növü haqda "The silence of the Lamps" filmində bir cümlə var:
"Sən bədənində gəzən gözləri hiss etmirsən? Sənin gözlərin arzu etdiyin şeyləri axtarmır?"
Təqlidin ikimci növündə isə məsələ bir az qəlizləşir. Çünki sizi təqlid edən, bu dəfə mənəvi keyfiyyətlərinizi, sizin üçün nə yaxşı, nə pisdirsə onları təqlid etməyə başlayır. Bu təqlidin örnəyini roman üzərindən göstərək. Dostoyevskinin məşhur "Karamazov qardaşları" romanında Smerdyakov obrazının İvanı təqlid etməsi məhz bu idi. Əsərdə Smerdyakov, İvanın fikirlərini bəyənirdi, onun kimi olmaq istəyirdi. Beləliklə mənəvi keyfiyyətlərin, düşüncələrin təqlidi nəticəsində Smerdyakov ən sonda cinayət törədmişdir.
Əziz oxucu, artıq sən təqlidin hər iki növündən xəbərdarsan. İndiysə bir az fərqli yönə baxaq. Məsələn təsəvvüfə. Təsəvvüf nə idi? Təriqət, şəriət və mərifət mərhələrindən keçərək, ən sonda həqiqətə çatmaq. Allaha yetmək uğrunda özünü fəda edərək, onun dediyi mənəvi keyfiyyətləri qəbul etmək. Bəs təqlidin ikinci növü nə idi? Xatırlayaq, mənəvi keyfiyyətlərin təqlidi, kiminsə düşüncələrinin və ya mənəvi dəyərlərinin mənimsənilib, sorğusuz-sualsız təqlid edilməsi. Qorxuludu elə deyil?
Onda icazənizlə soruşaq, təsəvvüfçülər Allahın keyfiyyətlərini təqlid edərək, ona yaxınlaşdığı zaman, Allah bunu görüb yaratdığı bəndələrdən qorxurmu? Bəlkə Allah özü olaraq tək qalmaq istəyir?
Bəlkə siz də özünüz olaraq tək qalasız?
Stalinski
Yorumlar
Yorum Gönder