"Qanlı Sənəd" №1 - Cefri Dahmer

 "Qanlı Sənəd" №1 - Cefri  Dahmer

    İlkin olaraq onu qeyd etmək istəyirəm ki, bu yazını yazmaqda məqsədim uşaqlıqdan gələn "serial qatil"lərə olan marağımdır. Şübhəsiz ki, yazının məzmununa görə məni, "daş-qalaq" edənlərin sayı da az olmayacaq. İnanıram ki, bu konsepsiyanın öhdəsindən gələrəm.

    Xoş oxumalar...

"O" bizi istismar edir.

    Bəzilərimiz bu həyata bir bütün olaraq gəlib məskunlaşmır. Müəyyən hissə vardır ki digərləri qədər "şanslı" ola bilmir. Bir kəsimin içində natamamlıq mövcud olur, həmin şəxs daxilindəki boşluğu doldurmaq üçün vuruşub-əlləşir. Həyatındakı böyük, çox böyük qaranlıq dəliyi qapatmağa özünü, hətta bütün ömrünü sərf edir. Yəhudi əsilli Avstriyalı yazıçı Franz Kafka insanın daxilinə kök salmış boşluq haqqında belə qeyd edib:

"İçimdə bir boşluq var və mən onu heç bir şeylə doldura bilmirəm."

    Bu cümlədən də göründüyü kimi içimizdə məskən salmış boşluğu doldurmaq heç də asan deyil. Hələ-hələ dahi yazarlar, filosoflar, görkəmli düşünənlər bundan əziyyət çəkirlərsə, demək ki, işlər o qədər də "alissa'nın möcüzələr ölkəsi"ndəki kimi "bal-şəkər" deyil. Kimiləri içindəki amansız, iç tükətən boşluğu gec-tez doldura bilir, lakin hər kəs o qədər də şanslı ola bilmir, təəssüf ki. Yuxarıda da qeyd etdiyimiz kimi burada bir növ şanslı olmaq məsələsi, yəni "şans" faktoru var. 

"Dahmeri heç də şanslı saymaq olmaz."

    Cefri Dahmer 1960-cı il, 21 may tarixində ABŞ-ın Milwaukee, Wisconsin əyalətində Lionel və Joyce Dahmer'in oğlu olaraq dünyaya göz açıb. Balaca Dahmer 4 yaşına qədər hiperaktiv sayılacaq dərəcədə enerjili dönəm yaşayıb. Lakin keçirdiyi yırtıq əməliyyatından sonra sanki içindəki enerjili, çılğın körpə tərəfi bir növ qeybə çəkilib. Ana və atası da ilk başlarda buna məna verməkdə çətinlik çəkirdilər, amma sonralar oğullarının bu vəziyyətinə alışmağa başladılar.  Nəhayət Cefri böyüyür və orta məktəbə başlamalı olur. Artıq o, məktəb həyatına başlayanda, ailəsi Ohio'ya köçmüş olur.







"Qarşısıalınaz ambisiyalar"

    Gənc Dahmer'in içindəki "tərbiyəedilməz məxluq", artıq o, yetkinlik yaşına çatdıqda ortaya çıxmışdı. Yetkinlik yaşlarının ilk dövrlərində Cefri özünə yeni hobbi tapmışdı. Atası Lionel ilə maşın səyahətləri edərkən yolda gördükləri heyvan leşlərini, elə oradaca, avtomobili yolun kənarına çəkib baqaja yerləşdirirdilər. Serial-qatil bioqrafiyaları ilə tanınan məşhur Britaniyalı yazıçı Brian Masters "The Shrine of Jeffrey Dahmer" (tərc. Cefri Dahmer-in məbədi) kitabında  heyvan cəsədlərinə və sümüklərinə qarşı dərin istəyin, onda kiçik yaşlarında baş göstərdiyini qeyd edir. Həmçinin yetkinlik yaşlarının başlarında Cefridə müəyyən mənəvi pozuntular meydana gəlir. Masters'ə görə Dahmer'də yaranan ciddi daxili pozuntular valideynlərinin boşanması və bir müddət özü ilə tənha qalmasından sonra rüşeymlənib.


    O, topladığı həşərat, böcək və heyvan qalıntılarını konservasiyalı şüşə qablarda saxlayırdı. Onu əminliklə vurğulamaq olar ki, bütün bu ünsürlər Dahmer-in nekrofil, qatil və ən əsası kannibal olmasında əsas tətikləyici, katalizator rolunu oynayıb. Həmçinin Brian Masters də bunu təsdiqləyir. 

    Gənc Dahmer-in ilkin cinayətə yönəlmə vəziyyətlərinin 14 yaşlarından etibarən başlandığı geniş yayılmış informasiyadır. Bu dövr də onun orta məktəb-lisey illərinə təsadüf edir. Cefri bu dönəm ərzində ciddi-ciddi özünü sorğulamağa başlayır. Özünü insanlardan təcrid edir, təkliyə yönəlir. Onsuz Dahmer-in ətrafının olmadığı, dost çevrəsindən kasad qaldığı, daha doğrusu, bu seçimi özü etdiyi hamı tərəfindən bilinən faktdır. O, 14 yaşında içkiyə başlayır. Bu asılılığı  gələcəkdə onun üçün böyük problemə çevriləcək. 18 yaşında ikən işlədiyi vəhşiliklə yoğrulmuş cinayət ərəfəsində isə alkoqol asılılığı, artıq ciddi miqdarda cızığından çıxmış olur.


    Valideynləri Cefrini universitetə yazdırmaqda israrçı idilər. Lakin o bunu qəti şəkildə istəmirdi. Qazanan onun atası oldu və Dahmer-i Ohio Universitetinə yazdırdı. Amma bu çox çəkmədi. Universitetə getdiyi heç 6 ay olmamışdı ki, rəhbərlik tərəfindən kənarlaşdırma aldı.Yenə atasının təkidi ilə 1978-ci ildə əsgərliyə getdi və çox qısa müddət sonra Almaniyaya göndərildi. Gəncin içki problemi orduda da davamiyyət göstərdi. 3 il sürən hərb həyatından sonra oradan da uzaqlaşdırma alaraq təxris olundu. 1981-ci ildə Almaniyadan qayıdan Cefri Dahmer yenidən Ohio-ya, atasının evinə döndü. Artıq onun içindəki boşluq daha da böyümüşdü. Beləcə, daxilindəki boşluğu doldurmaq üçün özünü daha çox içkiyə həsr edir. Gününün demək olar əksər hissəsini barlarda, içkili məkanlarda sürdürür. Bir müddət sonra Cefri əyalət polisi tərəfindən nəzarətə alınır. Atası onu nəzarətdən çıxarır, amma daha evinə ayaq basmasına icazə vermir. Nənəsi Katerin Dahmer ilə qalmasına məcbur edir. Cefrinin də qalacaq başqa yeri olmadığından, yaşlı Katerinin evinə köçür.

    "İp incəlməyə başlayır..."

    1986-cı ildə baş verən hadisə, gəncin həyatında artıq hər şeyin  idarədən çıxdığının bariz nümunəsidir. İki oğlan onu polisə şikayət edir. Dahmer bir daha nəzarətə alınır. Səbəb isə onların qarşısında açıq-aşkar özünü cinsi yolla “tətmin etməsi” idi. Əyalət polisi onu 1 il müddətinə açıq nəzarətə alır.

"İlklər unudulmur"


    Dahmer 1978-199-ci illər arasında 17 insanı amansızlıqla qətlə yetirmişdi. Maraqlısı da odur ki, qurbanlarının hamısı öz həmcinsləri idilər. Heç bir qadın fərdi özünə qurban seçmir, bununla birgə heç yaxınlıq da qurmurdu. Cefrinin əsas seçimi qaradərili fərdlər olsa da, başqa irqlərdən də qurbanları olub. İlk qurbanlarını, adətən yol kənarlarında gördüyü, gözünə kəsdirdiyi avtostopçu, səhayətçi qismdən seçirdi. Avtomobilinə mindirdiyi  gəncləri içki, yaxud evini göstərmək adıyla “yuvasına” apararaq onları əməlli sərxoş edib zəif anlarını yaxaladıqdan sonra huşlarını itirənədək xəsarət yetirir, nəhayətində onlarla cinsi münasibətə girir. "İşini" bitirdikdən sonra isə onları öldürür, cəsədlərini isə gizlətmək üçün parçalara ayırır və paketlərə yığır. Bir hissəsini yeri qazaraq orada basdırıb üzərilərini torpaqla örtür, qalan hissəsini isə yaşadıqları evin altındakı zirzəminin torpaq zəminində gizləyirdi. Və bunu etdiyi aralıqda evdə sadəcə yaşlı nənəsi olurdu. O da əksər vaxtlarda ya yatır, ya da özünü otağına qapadıb İncil mütaliə edirdi. Demək olar ki, qadının heç nədən xəbəri olmurdu. Sadəcə olaraq evə gətirdiyi oğlanlardan xəbərdar idi. Nəvəsinin homoseksual seçimləri olduğunu yaxşı bilirdi.



    Dahmer ilk cinayətini 1978-ci ildə, 18 yaşında ikən "Reverse" liseyindən məzun olduqdan sonra törətmişdi. İlk qurbanı olan Stiven Hicks adındakı gənc avtostopçuya onu axşam olacaq konsertə aparmağı söz vermiş, amma ondan öncə evinə gedib bir şey götürməli olduğunu, onun da özüylə gəlməsini təkid etmişdi. Hicks'i ailə evinə gətirdikdən sonra ona içki içirir. Sonra ağırlıq qaldırma alətiylə qurbanın kəlləsinə ciddi zərbə endirir. Hicks elə oradaca keçinir. Cefri Dahmer sonralar müfəttişə verdiyi açıqlamada "Onun qalmasını istədim" ifadəsini işlədir. Cəsədlə münasibətə girən Cefri daha sonra onu hissələrə ayırıb plastik torbalara yığır və evlərinin arxa həyətindəki torpağa gömür. Həftələr sonra cəsətin qalıntılarını çıxaranda dəlilləri minimal səviyyəyə endirmək üçün Hicks-in sümüklərini kobaltla əzir, ovulmuş qalıntıları meşəlik əraziyə səpir. Dahmer ifadələrində, xüsusilə ilk cinayətini törətdiyi zaman böyük peşmanlıqla bərabər həzz hissi də duyduğunu da vurğulayır.

    Törətdiyi insanlıqdan kənar cinayətlərdən sonra insanlar ona "Milwaukee bədheybəti" və "Milwaukee yamyamı" ləqəbini qoyurlar.

    İndi isə gələk bədheybətin növbəti, ikinci cinayətinə. İlk qətlinin ardından, Dahmer bir müddət sakit həyat tərzinə keçmişdi. Lakin 9 illik "tətil"dən sonra - 1987-ci ilin sentyabrında yeni cinayət törədir. Növbəti qurbanı Stiven Tuomi-ni otel otağında öldürmüşdü. Hadisənin təfərrüatları belədir:

Tuomui və Dahmer oteldə bir gecəlik rezervasiya edirlər. Hər şey Dahmer-in həddindən artıq içki içib sərxoş olmasından sonra cərərayan edir. Dahmer və Steven Tuomui huşlarını itirənədək içirlər. Cefri səhər oyananda şoka düşür. Çünki Tuomui-ni yanında-yatağın küncündə cansız vəziyyətdə uzandığını görür. Bu, “Bədheybət”in bilmədən törətdiyi ilk cinayəti idi. Dahmer illər sonra verdiyi izahatda Tuomui cinayəti haqda bunları vurğulayır:

“Tuomui-ni, sadəcə olaraq içirib hissizləşdirməyə çalışmışdım. Məqsədim öldürmək deyildi. Bunu etdiyimə inanmırdım.

Cefri hadisənin risk payını götür-qoy etdikdən sonra öz intellektincə, çıxış yolu olaraq cəsədi parçalara ayırıb nənəsinin evinə aparmağı seçir. Yaxınlıqdakı mağazalardan birindən yekə bir çamadan alıb onu gizlincə qaldığı otel otağına keçirir. Stiven-in cansız bədəni çamadana güc-bəla ilə yerləşsə də, başqa çıxış yolu yox idi. Dahmer, birtəhər cəsədi çamadana sığdırır. Çox diqqətli şəkildə, heç kəsə görünmədən içərisində qurbanı olan çamadanı maşınının yanına qədər yetişdirib baqaja qoyur. Birbaşa tam sürətlə nənəsi Katerin-in evinə yollanır. Cəsədi zirzəmiyə doğru sürüdükdən sonra, elə oradaca onu parçalara ayırır. Qalıntıları gizlətməzdən əvvəl onlardan cinsi istəyini basdırmaq üçün istifadə edir. Qurbanın kəlləsini isə ayrıca dəsmala bükür. Cinayətdən həftələr sonra, Stiven-in yalnız dəsmala sarınmış quru kəlləsi tapılır.

“Bədheybət tam sürətlə irəliləyir

Cefri ikinci qurbanından sonra, artıq özünə hakim kəsilə bilmir və nəticədə cinayətlərin ardı-arxası kəsilmir. 1988-ci ildə Nənəsinin onu evindən qovmasına qədər, Dahmer həmin evdə 2 cinayət daha törədir. Brian Masters-in yazdıqlarına görə, Katerin cinayətlərdən xəbərsiz idi. Lakin evinə gətirdiyi gənc oğlanlardan, həmçinin zirzəmidən yuxarı qata doğru yayılan bərbad və dayanılmaz qoxudan bezmişdi.

“Onun uşaq olduğundan xəbərdar deyildim”

Nənəsinin evindən daşındıqdan, daha doğrusu qovulduqdan sonra, Cefri 1989-cu ilin sentyabrında yeni mənzilə köçür. Burada da psixopat instinktlərini cilovlaya bilməyən Dahmer 13 yaşındakı Laoslu yeniyetməni dilə tutub evinə gətirir. Evindəcə onun çılpaq rəsmlərini çəkir. Amma “Bədheybət” daha sonralar başına gələcəklərdən heç də məlumatlı deyildi. Bu olay cinsi istismar və ikinci dərəcədən cinsi zorakılıq ittihamlarıyla nəticələndi. Dahmer isə bütün bunları danır, uşağın göründüyündən daha yaşlı olduğunu zənn etdiyini dəfələrlə vurğulayırdı.

İttihamın nəticələnəcəyi anı gözləyənədək o, yenidən nənəsinin evinə köçür. Yenə həmin ildə, Dahmer Anthony Sears adlı gənc və məqsədli modeli evə götürür. Onu bəs qədər içirir. Gənc model içkisinə yatışdırıcı maddə atıldığından xəbərsiz vəziyyətdə ölümünü gözləyirdi. Cefri Antoni-ni huşsuzlaşdıraraq, boömağa başlayır. Nəticədə Antoni canını tapşırır. Dahmer qurbanının cansız vücudunun fotosunu çəkməklə qalmayıb onu sedomiyaya (qeyri-etik cinsi akt) məruz qoyur və cəsədi həmişə olduğu kimi hissələrə ayırır. Masters-ə görə Sears, Cefri-nin uzun müddət mühafizə edib mumyaladığı ilk qurban idi. Mumiyaladığı parçalar arasında qurbanın cinsi orqanı və kəlləsi var idi.

Nəhayət cinsi istismar iddihamının nəticəsi açıqlanır. Cefrinin təqsirkar olması təsdiqlənir. Lakin Cefri işlədiyi günahı, bunun yanlış olmasını boynuna alır. O, artıq peşmandır. Dahmer-in müdafiəçi vəkili məhkəməyə məktublu müraciət edərək, Cefrinin əqli problemləri olduğunu, bütün bunları öz iradəsinin xaricində gerçəkləşdirdiyini qeyd edir. Bunun nəticəsində “Bədheybətə” gündüz fiziki işlə məşğul olması təqdirdə sərbəst buraxılacağı və bununla birlikdə gecələri həbs həyatı yaşayacağı haqqı tanındı.

İkilikdən “12-liyə

Cefri Dahmer növbəti iki il içərisində qurban sayısını 12-yə qaldırdı. Bu ərəfədə törətdiyi ilk cinayət, dairəsinə gətirdiyi Reymond Smit adında seks işçisi idi. Dahmer onun cəsədini parçalara ayırmadan öncə açıq-saçıq və fərqli pozisiyalarda fotolarını çəkdi. Bundan sonra onu tikə-tikə edib qalıntıları sobanın atəşində yandırdı. Qurbanın bədənsiz kəlləsini qızmar atəşinə buraxarkən, anidən kəllə partlayır və parçaları dörd bir yana saçılır. Dahmerin sonralar polisə verdiyi ifadə zamanı bu etdiyinə görə peşman olduğunu dəfələrlə vurğulayır. Bunun əsas səbəbi isə vicdani konsepsiya deyil. Cefrinin peşman olmasının başlıca səbəbi  cəsətdən heç bir qalıntı saxlamamasıdır.

Dahmer cinayət saylarını artırdıqca, yeni üslubları yoxlamağa başladı. Müxtəlif  “demonik” rituallar etməyə başlayır, kanniballığa yönəlir. (xüsusən qan içməyə ciddi yönəliminin olduğunu özü də təsdiqləyir) Cefri, əlavə olaraq, lobotomiya metoduna girişməyə başladı. 11-ci qurbanı olan Erol Lindsi-nin kəllə sümüyünü hələ canlı-canlı elektrikli dəlik açan alət vasitəsiylə deşir və dəliyin içərisinə yüksək korroziya gücünə malik muriotik asid tökür. O, bu üsulla qurbanının ona itaət edəcəyinə inanırdı. Özünə bir növ zombilər yaratmağı və ona xidmət etməsini gözləyirdi. Lakin Lindsi üzərindəki “zombiləşdirmə” eksperimenti tam olaraq işə yaramır. Lindsi bir müddət keçdikdən sonra kal vəziyyətdə oyanaraq saatın neçə olduğunu və başının ağrıdığını bildirir. Bundan qəzəblənən Dahmer onu boğub öldürür.

“Bədheybət qardaşların izini buraxmır

 

27 may 1991-ci ildə Dahmer-in qonşusu Sandra Smit Asiyalı bir yeniyetmənin küçələrinin kənarında qaçdığını görür. Nələrinsə yolunda olmadığını sezən qadın anındaca polisə zəng vurur. Dahmer həmin mənzildə, hətta belə deyək o territoriyada yaşayan qaradərililər arasında olan tək ağdərili irqin nümayəndəsi idi. Polis hadisə yerinə gəldikdə isə o, yeniyetmənin 19 yaşında olduğuna və sevgili münasibətini yaşadıqlarına onları inandırmışdı. Lakin uşaq hələ 14 yaşında idi. Həmçinin Dahmerin də xəbəri olmadığı bir acı fakt isə bu yeniyetmə onun  3 il əvvəl təcavüz etdiyi və əlindən qaçırdığı gəncin balaca qardaşı idi. Nəticədə polis Dahmer və özündə olmayan gənci otaqlarına qədər yola salır. Masters-in qeyd etdiyinə görə, polis qapıdan içəri çox qısa baxış keçirir, amma evə girməklə bağlı heç addım atmır. Onları otağa ötürəndə, sadəcə olaraq Dahmeri, gənc oğlana göz-qulaq olmasını tapşırır. Polis hadisə yerini tərk etdikdən qısa müddət sonra Cefri gəncin beyninə hidroflorik asid tökür və onu amansızca ölümlə baş-başa buraxır.

“Cefri sonluqları sevmir

Dahmer-in qanlı sərgüzəştləri 1991-ci ilin 22 iyulunda sona yetir. İki Milwaukee polisi yolda əllərinə qandal taxılmış 32 yaşlı Treysi Edvards adlı qurbanla rastlaşırlar. Treysi onları Cefrinin yaşadığı mənzilə yönləndirir. Onlara qəribə psixopat tərəfindən işgəncəyə məruz qaldığını və qaçıb əlindən güclə qurtulduğunu danışır. Polislər nəhayət Dahmer-in yaşadığı mənzilə çatdıqlarında zorla içəri girirlər və Cefridən Edvardsın əlindəki qandalları açmaq üçün açarları alırlar. Son Cefrinin bir addımlığındadır. Əgər polislərdən biri necəsə yataq otağına nəzər yetirmək üçün başını içəri yönəldməsəydi, cinayətlərdən  xəbərdar olmayacaqdı. Polis yataq otağına girdikdə otağın dörd bir yanında parçalanmış cəsədlərin polaroid fotolarının olduğunu gördü. Masters-in yazdığına görə polis elə yerindəcə Dahmer-i zərərsizləşdirir. Bu an Dahmer-in ağzından çıxan cümlə budur:



“Elədiklərimə görə ölmüş olmağım gərəkli idi.”

Görəsən, Cefri bu cümləni peşman olduğu üçünmü qurmuşdu, yoxsa sadəcə hadisənin və basğının gətirdiyi bir anlıq instinkti yönəlmə idi? Bundan sonra “qaniçən”in evində axtarışlara başlayan polis qrupları soyuducusunun müxtəlif bölmələrində 3 insan kəlləsi, şüşə qablarda mühafizə edilmiş kişi cinsi orqanları və qurbanlarına cürbəcür əziyyətlər etdiyi anların əks olunduğu polaroid rəsm kataloqunu tapdılar. Dahmer sonralar verdiyi açıqlamasında, insan kəllələrindən şamdanlar və satanik rituallarını gerçəkləşdirmək istədiyi kiçik bir adaq yeri düzəltmək istədiyini qeyd edir. Onu da qeyd edək ki, polislərin onun evindən tapdığı bir digər şey isə Satanik İncil idi. Bu da onun satanizmə yönəldiyini sübut edən faktlardan sadəcə biridir.

“Şeytan da ağlayar

          Cefri Dahmer, 28 noyabr 1994-cü ildə həbsxanadakı dostu Christopher Scarver tərəfindən öldürüldü. Gündəlik iş fəaliyyətlərinə daxil edilməklə, Dahmer iki məhbus, Scarver və Jesse Anderson ilə işləmək üçün təyin olunmuşdu. Tapşırıqlarını yerinə yetirmək üçün yalnız buraxıldıqlarında, mühafizəçilər geri dönəndə Scarver’ın hər iki adamı da həbsxananın məşq otağından bir metal çubuqla vəhşicə döydüyünü gördülər. Dahmer təxminən bir saat sonra öldü. Anderson isə yaralarından bir neçə gün sonra həyata gözlərini yumdu. Bir həbsxana mühafizəçisi, cinayətlərdən qısa bir müddət sonra, şizofreniya olduğu iddia edilən Scarver’ın "Tanrı mənə bunu etməyi əmr etdi" dediyini iddia edirdi. Scarver, 2015-ci ildə New York Post-a Dahmer’i öldürmə səbəbləri haqqında danışdı. Scarver, yalnız Dahmer’ın cinayətlərindən deyil, həm də Dahmer’ın həbsxana yeməklərindən kəsilmiş bədən üzvləri hazırlama vərdişindən də narahat olduğunu bildirmişdi.Sırf digər məhbusları qəzəbləndirmək üçün.

          "Mən insanları öldürürəm, çünki məni anlamaq istəmirlər."        

CON VEYN GEYSİ

Qeyd:Geysi-nin edam edildiyi günün eyni saatı – 1994-cü ilin mayın 10-u, saat 6:08-də Cefri Dahmer Katolik adətinə uyğun Vəftiz olunur.



İstifadə olunan mənbələr:

Biography.com

FBI.org

National Institutes of Health

Brittanica.com

Reddit


Skywalker


Yorumlar