Beynimin dərinliklərində "Səssiz Təpə" nəfəs alır…
Dörd bir yanı kabuslarla kodlanan, qaranlıq otaq uzanırdı, bu başdan o başa. Beynim yeni dünya yaratmışdı özlüyündə. Sanki mənə nəyisə sübut etməyə çalışır. Onsuz alışmışam hər hansı bir vücuda yozulması mümkün qılınmayan qəribə varlıqları görməyə - dərin, yapışqan, kif qoxulu dəhlizlərində iyrənc beynimin. Orada gördüklərimin yaradıcısı mən idim, hansı ki öz yaratdığım çirkin “Adəmlərim” tərəfindən oradan-bura yırğalanırdım. Çox istərdim onları təsvir etməyi, amma heyif ki, mümkün deyil. Aləm bir-birinə qarışıb, eynən ciyəri tütün çəkməkdən paslı süzgəcə dönən yazarın dilindən “fontan vuran” qan laxtalarının qarşısını ala bilmədiyi və sonunun çatdığını anlayaraqdan tələskənliklə bir vərəq, bir qələm tapıb son bir irs qoyma istəyiylə çapaladığı qarmaşıq düşüncələrinin arasında, tək-tənha, qan-rəvan fırçıltılı masa başında…
Skywalker
Yorumlar
Yorum Gönder