Daima axtarış içində olmaq, həyatı boyu kədərə duyulan ehtiyacın sevincə duyulan ehtiyacdan üstün olduğunun idarkı nə qədər əzablı olar bilərdi?
Tanrıya sığınmadan, tanrıya üz tutmadan, səbəbini bilməyərək birini ilahiləştirmək istəyi ilə aparılan mübarizənin ağırlığı nə qədər əzablıydı? Kim anlaya bilərdi?
Yaşlı bir qocanın yanaqlarından aşağıya doğru uzanan qırışlar tək məyusluq var üzərimdə. Bilirəm! İzahı olmayan, ola bilməyən bir şey var, və mən isə sadəcə danışmaq istəmirəm...
Hər şeyi inkar etməkdən duyulan həzz və bir o qədər yarımçıq cümlələrlə daxilindəki xaotik mənzərəni anlamağa çalışmaq nə qədər asantdır görəsən?
Yalnız anlaşılmağa duyulan arzunun şiddəti gözdən süzülən yaşlar qədər saf və kədərli ola bilərdi... Bu duyğunun digər insan ruhlarındakı işartılarını görürəm fəqət, ora mənimçün xeyli uzaqdır.
Yenə hansı düşüncənin qurbanısan? Ruhani mahhiyyəti olan və ya artıq qalmamış intiharın hüdudlarında. Bilmirəm, ya da sərhəddi çoxdan keçmisən. Və mən sadəcə danışmaq istəmirəm...
Stalinski
Yorumlar
Yorum Gönder