Paralel kainatlarda görəsən neyniyirəm? Burada olduğum kimi birimiyəm Yoxsa orada azad bir insan. Varlığım burada olduğu kimi mənasızdırmı görəsən, yoxsa orada dahamı fərqliyəm. Bilmirəm. Amma kaş bilsəydim, kaş görsəydim paralel kainatdakı məni.
Bu dünyada sıxışıb qaldım. Getməyə bir yer yox, yaşamağa həvəs yox, həyatın mənası yox. Maksimum gedə biləcəyim bir yer varsa o da ağlımdı. Ağlımda səyahət etmək. Bir ev kimi düşünün ağlı amma evlərdə olduğu kimi məhdud qapılar arxasındakı otaqlar kimi deyil. Sonsuz sayda qapılar və otaqlar. Lakin ağlımda gəzib, səyahət etməkdən qorxuram. Əgər girsəm bu evə, bir daha çıxa bilməyəcəyimi bilirəm. Bu riskə girməyə dəyərmi görəsən? "Yaşamağa həvəs yox" - dedim. Bəlkə evimə-ağlıma daxil olub, qapılardan birini açsam o qapının ardında yaşam həvəsi, bir məna taparam. Amma o qədər otaq, o qədər qapı var ki. O qapını tapıb açana qədər ölməyəcəyim nə məlum? Bəs duyğular? Duyğularımla axtarıb, tapamağa çalışsam həyatın mənasını onda necə? Həyatın mənasını ağılda tapmaq düzgündür yoxsa ürəyinin səsini-duyğularını dinləyərək tapmaq? Amma bunu edə bilmərəm çünki, duyğularımın məskəni olan ürəyimin qapılarını bağlayalı çox olub. O qapının açarı isə ağlımdakı otaqların birindədir. Qısacası o açarı tapmaq mümkün deyil. Bəs həyatda məna axtarmaq özü bir mənasızlıqdırsa? Bəs həyatın özü mənasızdırsa onda necə? Dəyməz o zaman həyatın mənasını axtarmağa. Ömürümü bu axtarışla bitirmək istəmirəm. Ey paralel kainatdakı mən, bəs sən? Sən olsan neyniyərdin? Zaman su kimi axıb gedərkən boş-boş durub izləyərmiydin yoxsa səndə mi məna arayışına çıxardın? Sonda heç nə əldə etməyəcəyini bilə-bilə.Stalinski
Yorumlar
Yorum Gönder